Logo

Hava şəraiti paytaxt məktəblərində davamiyyətə necə təsir edib?

15.05.2023 16:36 274 baxış
IMG

Mayın 15-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti qənaətbəxş olub.

Bu barədə "Tehsil.biz"in sorğusuna cavab olaraq idarədən bildirilib.

Qeyd edək ki, mayın 13-ü axşamdan etibarən hava şəraiti kəskin dəyişib, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli, intensiv olub, dolu düşüb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti mayın 16-sı gündüzədək davam edəcək.

Yağıntıların bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxaçağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.

Kənan Nağıbəyli

Xəbər lenti