Logo

"Gənc istedadlar” liseyinin şagirdləri fənn olimpiadalarında 5 medal qazanıblar

15.05.2023 13:57 220 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 5 şagirdi respublika fənn olimpiadalarının final turunda uğurla çıxış edib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Liseyin şagirdləri Nihad Həşimov (IX sinif) riyaziyyat, Raul Mahmudov (XI sinif) tarix, Elman Kərimli (VIII sinif) kimya, Yusif İbrahimzadə (VIII sinif) fizika fənləri üzrə gümüş, Nəzrin Cəlilova (IX sinif) Azərbaycan dili və ədəbiyyatı üzrə bürünc medala layiq görülüblər.

Xəbər lenti