Logo

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib

14.05.2023 14:00 403 baxış
IMG

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) birinci cəhdi keçirilib.

Bu barədə "Tehsil.biz"ə DİM-dən bildirilib.

İmtahanın keçirilməsi üçün 6 bina, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 106 nəzarətçi-müəllim, 18 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.

Mayın 15-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq.

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.

Xəbər lenti