Logo

Zaqatalada məktəb binasında yanğın olub

13.05.2023 22:41 456 baxış
IMG

Zaqatalada məktəb binasında yanğın olub.

Tehsil.biz xəbər verir ki, hadisə rayonun Əliabad qəsəbə 4 saylı tam orta məktəbində baş verib.

Məlumata görə, yanğın məktəbə düşən ildırım nəticəsində başlayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində məktəbin dam örtüyündə baş verən yanğın sinif otaqlarına keçmədən qısa müddətdə söndürülüb.

Kənan Nağıbəyli

Xəbər lenti