Logo

ADNSU ilə Çinin ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir - FOTO

13.05.2023 17:30 432 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlının Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Min ilə görüşü olub.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

Görüşdə M.Babanlı ADNSU-da tədrisin təşkili, əcnəbi tələbələrin təhsili, beynəlxalq əməkdaşlıq əlaqələri və layihələr haqqında ətraflı məlumat verib. O, ADNSU ilə Çinin ali təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlıq əlaqələrindən danışıb.

Səfir Qo Min Çin-Azərbaycan əlaqələrinin əhəmiyyətini vurğulayıb, iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini bildirib. O, ADNSU-ya təhsil almağa gələn çinli tələbələrə ixtisasları ilə yanaşı, Azərbaycan dilinin də öyrədilməsi ilə bağlı istəyini ifadə edib.

Sonra səfir Qo Min ADNSU-nun muzeyləri və Azİİ Elektron Kitab Evi ilə tanış olub.

Xəbər lenti