Logo

Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

13.05.2023 12:20 224 baxış
IMG

8-13 may 2023-cü il tarixlərində Türkiyənin Antalya şəhərində 40-cı Balkan Riyaziyyat Olimpiadası təşkil edilib.

Tehsil.biz xəbər verir ki, 6 məktəbli ilə təmsil olunan komandamız sözügedən yarışda uğurla çıxış edərək 1 gümüş və 1 bürünc olmaqla ümumilikdə 2 medal və 3 həvəsləndirici mükafat qazanıb.

Belə ki, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Cəlil Hüseynov gümüş, həmin liseyin XI sinif şagirdi Fidan Qarayeva isə bürünc medal qazanıblar.

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdləri Səid Bəkirov, Ömər Qədimli və Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin 10-cu sinif şagirdi Telman Məmmədov isə olimpiadanın həvəsləndirici sertifikatına layiq görülüblər.

Qeyd edək ki, 2007-ci ildən etibarən Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz ümumilikdə 1 qızıl, 17 gümüş və 36 bürünc medal qazanıblar.

Xəbər lenti