Logo

ADPU-da tələbənin yüksək mərtəbədən yıxılmasına aydınlıq gətirilib

13.05.2023 11:33 411 baxış
IMG

Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) tələbəsinin yüksək mərtəbədən yıxılmasına dair yayılan görüntülərə aydınlıq gətirilib.

Universitetdən "Tehsil.biz"ə verilən məlumata görə, sözügedən hadisə 5 ay əvvəl olub.

"Fiziki tərbiyə müəllimliyi ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Soltanzadə Seymur Elnur oğlu  yuxarı mərtəbələrdə sadəcə video çəkmək üçün fənd işlətmək istəyib lakin belə bir hadisə baş verib. Xoşbəxtlikdən yalnız 1 mərtəbə aşağı hissəyə düşüb. Yaralanma və zədələnmə baş verməyib. Hadisə dərs zamanı yox fasilə zamanı baş verib", - ADPU-dan bildirilib.

Kənan Nağıbəyli

Xəbər lenti