Logo

“Peşəyönümlü məsləhəti” istiqamətində fərdi qaydada canlı konsultasiyalar keçirilib - FOTO

13.05.2023 10:58 246 baxış
IMG

Mayın 12-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının İnnovasiya və karyera şöbəsinin müdiri Hikmət Mirzəyevin təşkilatçılığı ilə Mərkəzi Karyera filialının Karyera planlaması şöbəsinin aparıcı mütəxəssisi Aysel İsgəndərova tərəfindən tələbələr üçün “Peşəyönümlü məsləhəti” istiqamətində fərdi qaydada canlı konsultasiyalar keçirilib.

AƏSMA-dan "Tehsil.biz"ə bildirilib ki, 12 nəfər tələbənin iştirak etdiyi konsultasiyada düzgün karyera planlaması, əmək bazarının tələbləri və araşdırılması, iş axtarışı, rezüme və istək məktubun hazırlanması, müsahibəyə hazırlıq mövzuları üzrə peşəyönümlü məsləhətlər verilib.

Konsultasiya tələbələr tərəfindən maraqla qarşılanıb.

Xəbər lenti