Logo

BDU-nun SABAH qrupu tələbələrinin idman uğurları

12.05.2023 17:49 261 baxış
IMG

SABAH qrupları tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və 28 May - Müstəqillik Gününə həsr olunmuş idman yarışlarının bağlanış və mükafatlandırma mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan, beynəlxalq və respublika dərəcəli hakimlər tərəfindən idarə edilən idman yarışlarında şahmat üzrə 82, dama üzrə 63, atıcılıq yarışlarında isə 75 tələbə iştirak edib. Yekun nəticəyə əsasən, Bakı Dövlət Universitetinin (BDU) tələbəsi Murad Rzayev şahmat və dama üzrə I yerin qalibi olub. BDU-nun tələbəsi Əli Mirzəyev dama yarışı üzrə III yerə layiq görülüb.

28 May - Müstəqillik Gününə həsr olunan idman yarışlarında BDU-nun “SABAH-ın zəfəri” komandası futzal üzrə II yerə sahib olub. Futzal yarışları üzrə “Ən yaxşı oyunçu” nominasiyasında BDU-nun SABAH qruplarının Kompüter elmləri ixtisasının tələbəsi,  “SABAH-ın zəfəri” komandasının üzvü İsmayıl Süleymanlı təltif olunub.

Yekun nəticəsinə əsasən, oğlanlar arasında keçirilən voleybol üzrə idman yarışlarında BDU-nun “SABAH-ın qvardiyası” komandası II yeri tutub.

Basketbol yarışının yekun nəticəsinə əsasən, BDU-nun “SABAH-ın zirvəsi” komandası I, “İşıqlı SABAH-lar” komandası isə II yerə layiq görülüb. Basketbol üzrə idman yarışının “Ən yaxşı oyunçu” nominasiyasında BDU-nun “SABAH-ın zirvəsi” komandasının üzvü Əli Məmmədov qalib olub.

Qaliblərin hər biri diplom və hədiyyə ilə mükafatlandırılıb.

Xəbər lenti