Logo

BDU-da “Ulu Öndər xatirələrdə” layihəsi çərçivəsində növbəti görüş olub - FOTO

11.05.2023 22:35 457 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev Muzeyinin təşkilatçılığı ilə “Ulu Öndər xatirələrdə” layihəsi davam edir.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, layihənin növbəti qonağı Əməkdar elm xadimi, BDU-nun kafedra müdiri, professor İradə Hüseynova olub.

Görüşdə çıxış edən BDU-nun Heydər Əliyev Muzeyinin mütəxəssisi Afət Seyidzadə professor İradə Hüseynovanın həyatı və elmi fəaliyyəti barədə məlumat verib, layihə çərçivəsində keçirilən görüşün əhəmiyyətini vurğulayıb.

Professor İradə Hüseynova Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında çalışdığını deyib, xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Ümummilli Liderin həyat və fəaliyyətindən söz açan İradə Hüseynova dahi şəxsiyyətin müstəqil, müasir Azərbaycan dövlətinin yaranmasında və dünya ölkələri içərisində tanınmasında göstərdiyi misilsiz xidmətlərindən danışıb. Ulu Öndərin rəhbərliyi altında həyata keçirilən elm və təhsil siyasətinin bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Professor İradə Hüseynova bildirib ki, müstəqilliyimizin ilk illərində yaranmış xaos və hərc-mərclik dövlətimizi məhv olmaq təhlükəsi qarşısında qoymuşdu. Belə bir şəraitdə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev müdrik siyasəti və qəti tədbirləri sayəsində dövləti məhv olmaq təhlükəsindən xilas etdi.

Daha sonra mövzu ətrafında tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti