Logo

Nazirlikdən qeydiyyat başlamadan I siniflərdəki yerlərin dolması məsələsinə REAKSİYA

11.05.2023 10:49 498 baxış
IMG

"Məktəbəhazırlıq qruplarında uşaqların maksimal sayı 30 nəfər olmalıdır".

Tehsil.biz xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov bəzi məktəblərdə qeydiyyat prosesi başlamamış birinci siniflərdəki yerlərin dolması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, elə siniflər var ki, orada yerlərin sayı artıq 95 % dolub:

"Həmin sinifdə çox az yer qalıb ki, sistem açılan kimi həmin yerlərin dolma ehtimalı da yüksəkdir. Müəllimlər sistemdə olan yerləri rezerv kimi saxlaya bilməzlər. Bunu biz də edə bilmirik. Söhbət Bakı şəhərindən gedirsə, paytaxtda heç bir sinif 20 şagirdlə komplektləşmir. Yəni, Bakıdakı məktəblərin birinci siniflərində şagird sayı kifayət qədər yuxarı həddə olur. Çalışırıq ki, bütün siniflərdə məktəbəhazırlıqdan əlavə də yer olsun ki, başqaları da qeydiyyatdan keçə bilsinlər”.

Kənan Nağıbəyli

Xəbər lenti