Logo

TKTA MDU və GDU-da təlim xidmətləri göstərəcək

11.05.2023 10:00 415 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Mingəçevir Dövlət Universiteti və Gəncə Dövlət Universiteti arasında təlim sahəsində xidmətlərin göstərilməsi ilə bağlı əməkdaşlıq müqavilələri imzalanıb.

Bu barədə "Tehsil.biz"ə agentlikdən bildirilib.

İmzalanmış müvafiq əməkdaşlıq müqavilələri çərçivəsində Agentliyin Keyfiyyət təminatı departamentinin Təlim və metodologiya şöbəsi tərəfindən MDU və GDU-nun akademik və inzibati heyəti xarici keyfiyyət təminatına dair təlimlərə cəlb olunacaqdır. Təlimlərin sonunda təlim iştirakçıları müvafiq sertifikatlarla təltif olunacaqlar. 

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi digər ali və orta ixtisas təhsili müəssisələrini daxili və xarici keyfiyyət təminatı üzrə təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlığa dəvət edir.

Xəbər lenti