Mayın 2-də Azərbaycan Dillər Universitetinin (ADU) 27 nömrəli tam orta məktəbdə pedaqoji təcrübə keçən 406 A qrup tələbələri Təhsil-1 fakültəsi nəzdində XDTM kafedrasının müəllimi Elnurə Əliyevanın rəhbərliyi ilə Xalq Təhsil Muzeyində olublar.
Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.
Muzeyin şöbə müdiri Rüxsarə Məmmədova muzey haqqında ətraflı məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıb.