Logo

ATU-nun tələbələri filarmoniyada çıxış edib

10.05.2023 20:47 496 baxış
IMG

Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı, Azərbaycan Tibb Universitetinin əməkdaşları və tələbələrinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunan gecədə ATU tələbələrinin ifası və müşayiəti ilə müxtəlif xalq mahnıları səsləndirilib, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən video çarxlar təqdim olunub. 

Tədbirdə səhiyyə naziri Teymur Musayev, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, sabiq səhiyyə naziri Oqtay Şirəliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Rzayev, TƏBİB-in rəhbəri Vüqar Qurbanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov və digər dövlət qurumlarının rəhbər şəxsləri, tanınmış ictimai-siyasi xadimlər iştirak ediblər.

Xəbər lenti