Logo

BDU və Çexiyanın Karlova Universitetinin alimləri birgə tədqiqatlar aparacaqlar

10.05.2023 16:32 479 baxış
IMG

Çexiyanın Karlova Universitetinin Zoologiya departamentinin professorları Miroslav Svatora, Daniel Frinta, Vera Opatova “Erasmus” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində olublar.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Çexiyalı alimlər Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Zoologiya və fiziologiya kafedrasının müdiri Əbülfəz Tağıyev fakültənin bir qrup professor-müəllim heyəti ilə görüşüb, birgə tədqiqatların davam etdirilməsi ilə bağlı müzakirə aparıblar.

Qonaqlar Lənkərançay, Viləşçay, Ataçay, Qumbaşı çaylarında ixtioloji tədqiqatlar aparacaqlar. Ərazinin ixtiofaunasının növ tərkibi öyrəniləcək, populyasiya səviyyəsində genetik analizlər müqayisəli təhlil ediləcək.

Xəbər lenti