Azərbaycan Dillər Universitetinin (ADU) Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının baş müəllimi, yazıçı Sədaqət Musayeva mayın 5- də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilən və Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100- cü ildönümünə həsr olunmuş “Fövqəladə hallarla mübarizənin aktual problemləri” mövzusunda professor-müəllim heyətinin VIII elmi-texniki konfransında məruzəylə çıxış edib.
Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.
Qeyd edilib ki, Sədaqət Musayevaya məruzəsinə görə akademiyanın rəisi, general-mayor Baba Salayevin imzası ilə sertifikat təqdim olunub.