Logo

Gəncədə veloyürüş keçiriləcək

09.05.2023 22:19 303 baxış
IMG

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə cari ilin 10 may tarixində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar veloyürüş keçiriləcək.

"Tehsil.biz"in məlumatına görə, veloyürüş saat 17:30-da Gəncə şəhər S.Vurğun adına 41 nömrəli tam orta məktəbin qarşısından start götürəcək və Heydər Əliyev Mərkəzinədək davam edəcək. 

Veloyürüşdə qalib olan iştirakçıya təşəkkürnamə və velosiped hədiyyə ediləcək. 

Qeyd edək ki, veloyürüşün davamında "100 Festivalı" və konsert proqramı həyata keçiriləcək.

Xəbər lenti