Logo

Birinci “Yüksəliş” müsabiqəsinin qalibi məzunu olduğu məktəbin şagirdləri ilə görüşüb - FOTO

08.05.2023 23:54 536 baxış
IMG

Birinci “Yüksəliş” müsabiqəsinin qalibi Ruslan Mirzəliyev məzunu olduğu Sabirabad şəhəri, 2 saylı Beynəlmiləl Təbiət və Texniki təmayüllü məktəb-liseyin şagirdləri ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, Ruslan Mirzəliyev təhsil aldığı illərdə və peşəkar fəaliyyətində qazandığı bilik və bacarıqlar barəsində danışıb, gələcək ixtisas və karyera seçimi ilə bağlı öz tövsiyələrini bölüşüb, şagirdləri maraqlandıran sualları cavablandırıb.

Görüş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Xəbər lenti