Mayın 6-da Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Sosial iş” ixtisasının ilk məzunları ilə akademiyanın professor-müəllim heyətinin görüşü keçirilib.
AƏSMA-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə məzunları salamlayan rektor prof. H.Qaraşov məzunlarla qurur duyduğunu qeyd edərək, onlara gələcək karyeralarında uğurlar diləyib.
Tədbirə qatılan məzunlar akademiyada aldıqları təhsilin iş dünyasında böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq müəllimlərə öz minnətdarlıqlarını bildiriblər.
Çay süfrəsi arxasında söhbət edən məzunlar ilk dəfə dərs keçdikləri auditoriyaya daxil olub, öz xatirələrini bölüşüblər.






