Logo

AzTU-da "Kitab Klubu"nun təqdimatı keçirilib

08.05.2023 21:04 550 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) Kitabxana İnformasiya Mərkəzinin nəzdində yaradılan "Kitab Klubu"nun təqdimatı keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov çıxış edərək kitabın insanın  həyatındakı rolundan danışıb. Sübhan Namazov tələbələrin mütaliə vərdişlərinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələrini verib. 

Daha sonra “Kitab Klubu”nun təsisçisi, Kitabxana İnformasiya Mərkəzinin əməkdaşı Lamiyə Miryaqubova “Kitab seçimində haqlıyıqmı?” mövzusunda çıxış edib. O, ödənişsiz mütaliə platformaları və dünyada ən çox oxunan kitablar (bestseller) haqqında tələbələrə ətraflı məlumat verib. 

Xəbər lenti