Logo

AzMİU-nun kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

08.05.2023 17:50 510 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) kollektivi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin doğum günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.

Xəbər lenti