Logo

Məktəblilərimiz Astanada keçirilən olimpiadada uğur qazanıblar - FOTO

08.05.2023 11:09 772 baxış
IMG

30 aprel-7 may 2023-cü il tarixlərində Qazaxıstanın Astana şəhərində 57-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadası (IMChO) keçirilib.

Tehsil.biz xəbər verir ki, nəzəri və praktiki hissədən ibarət olan olimpiadada 20-dən çox ölkə iştirak edib. Milli komandamız uğurla iştirak edərək ölkəmizə daha bir medal qazandırıb.

Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Dəniz Səttarlı bürünc medala layiq görülüb. Bundan əlavə, Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Həmid Xəlilova olimpiada təşkilatçıları tərəfindən xüsusi hədiyyə təqdim edilib.

Xəbər lenti