Logo

Azərbaycanlı tələbə Beynəlxalq Mendeleyev Olimpiadasında bürünc medal qazanıb - FOTO

06.05.2023 23:17 741 baxış
IMG

Bir müddət öncə ABŞ-nin Massaçusets Texnologiya İnstitutunun kimya ixtisası üzrə bakalavriat səviyyəsinə qəbul alan məktəblimiz Dəniz Səttarlı bu gün Qazaxıstanın Astana şəhərində keçirilən 57-ci Beynəlxalq Mendeleyev Olimpiadasının bürünc medalını əldə edib.

Tehsil.biz xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında yazıb.

"Uğur qazanan məktəblimizi ürəkdən təbrik edirəm, digər iştirakçılara yeni nailiyyətlər arzulayıram", - deyə nazir qeyd edib.

Xatırladaq ki, Dəniz Səttarlı daha əvvəl Massaçusets Texnologiya İnstitutuna qəbul olub.

Xəbər lenti