Logo

Təhsil Tələbə Krediti Fondu kolleclərdə görüş keçirib - FOTO

06.05.2023 10:50 301 baxış
IMG

Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Günay Xəlilova tərəfindən Göyçay və Ağdaş şəhərlərində kolleclərdə marifləndirici görüşlər keçirilib.

Bu barədə "Tehsil.biz"ə fonddan məlumat verilib.

Bildirilib ki, mayın 1-də Göyçay şəhərində Göycay idarəetmə və texnologiya kollecində və Ağdaş şəhərində Ağdaş Dövlət Humanitar kollecində tələbələrin maarifləndirilməsi istiqamətində görüşlər keçirilib.

Görüşdə Kolleclərin rəhbər heyətləridə iştirak edib.

Günay Xəlilova tərəfindən tələbələrə TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verilib.

Xəbər lenti