Logo

Türkiyənin Akdeniz Universitetinin nümayəndəsi BMU-da səfərdədir - FOTO

06.05.2023 00:17 485 baxış
IMG

“Erasmus+KA1” mübadilə proqramı çərçivəsində Türkiyənin Akdeniz Universitetinin nümayəndəsi Gürcü Leyla Kaya Bakı Mühəndislik Universitetində (BMU) səfərdədir.

Bu barədə "Tehsil.biz"ə BMU-dan məlumat verilib.

Bildirilib ki, universitetin Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin təşkilatçılığı ilə baş tutan səfərdə qonaqla bır sıra görüşlər keçirilib.

BMU-nun rektoru, professor Havar Məmmədovla keçirilən görüşdə universitetlər arasında əməkdaşlıq və əlaqələrin qurulmasının mümkün yolları müzakirə edilib.

Sonra BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğun əməkdaşları, Logistika və nəqliyyat texnologiyaları kafedrası ilə görüşlər təşkil olunub. Görüşlərdə BMU-da yaradılan təhsil mühiti və təhsil proqramları haqqında ətraflı məlumat verilib.

Bir həftəlik təlim xarakterli səfər çərçivəsində Gürcü Leyla Kaya BMU-nun tədris binaları, Texnoparkı ilə də yaxından tanış olub.

Xəbər lenti