Logo

AƏSMA-da Beynəlxalq elmi konfrans keçirilib - FOTO

05.05.2023 20:19 409 baxış
IMG

Mayın 5-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusunda hibrid formatda Beynəlxalq elmi konfrans keçirilib.

Bu barədə "Tehsil.biz"ə akademiyadan məlumat verilib.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, professor Hüseyn Qaraşov tədbiri açıq elan edərək Ulu öndərin Azərbaycanın inkişafı və tərəqqisinə, xalqın rifahının yüksəlməsinə həsr olunmuş  siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib.

Konfransa 11 dövləti təmsil edən 27 təşkilatdan 58 iştirakçı qatılıb. İştirakçılar məruzələrində Ulu öndərin dəmir məntiqə əsaslanan siyasi kursu, düşünülmüş dövlətçilik fəlsəfəsi, demokratik və milli-mənəvi dəyərlərin qorunmasındakı təkrarolunmaz rolu, Azərbaycan torpaqlarının işğaldan azad olunmasında yorulmaz mübarizəsi və qətiyyətli mövqeyi, azərbaycançılıq ideyasının  geniş yayılmasındakı və ictimai həyat sahələrinin sistemli inkişafındakı misilsiz xidmətləri geniş təhlil edilib.

Konfrans ayrı-ayrı panellərdə davam etdirilib.

Xəbər lenti