Mayın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Veysəloğlu Şirkətlər Qrupu ilə işgüzar görüş keçirilib.
Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.
Bildirilib ki, görüşdə universitetin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin (İƏMD) və Təcrübə bölməsinin əməkdaşları ilə Veysəloğlu Şirkətlər Qrupunun nümayəndələri iştirak ediblər.
Əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərinin müzakirə olunduğu görüşdə birgə əməkdaşlıq oluna biləcək istiqamətlər, şirkətdə təcrübə imkanları, tələbələrin ekskursiyası, həmçinin dəvətli professorların universitetdə tədrisə cəlb olunması məsələləri müzakirə edilib, müəyyən yol xəritəsinin yaradılması istiqamətində müzakirələr aparılıb.
Sonda qonaqlar auditoriyalarda, açıq kitabxanada olub, ADNSU-nun şəhid məzunlarının xatirəsinə həsr olunmuş kompleksi ziyarət ediblər.




