Logo

Bu layihənin bağlanış mərasimi - Duolingo gecəsi keçirilib - FOTO

04.05.2023 16:37 292 baxış
IMG

Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 143 nömrəli tam orta məktəbdə “İngilis dilinin tədrisində Duolingo platformasının dəstəyi” layihəsinin bağlanış mərasimi - Duolingo gecəsi keçirilib.

Tehsil.biz xəbər verir ki, layihənin əsas məqsədi Duolingo platformasının köməyilə ingilis dilinin tədrisini daha əyləncəli, maraqlı formada təşkil edərək təhsil alanların bu fənn üzrə yeni bilik əldə etməsinə və dil öyrənmə bacarıqlarının inkişaf etdirilməsinə dəstək verməkdir.

Layihənin son hissəsində məktəb üzrə layihə iştirakçıları: rəhbər, təlimçi, ekspert, şagirdlər birgə olaraq Duolingo gecəsini təşkil etdilər. Bu gecədə ingilis dilində əyləncəli oyunlar, çıxışlar, tamaşalar yer almışdır. Bütün bu fəaliyyətin təşkili məhz ingilis dilində keçirilmişdir ki, bu da layihənin növbəti ildə davam etdirilməsində və şagirdlərin cəlbində müstəsna rol oynayacaqdır. 

Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə 2022-ci il sentyabrın 15-dən 2023-cü il aprelin 30-dək davam edib.

Xəbər lenti