Logo

Əməkdar jurnalist ADU-nun jurnalistika ixtisasında təhsil alan tələbələrlə görüşüb - FOTO

04.05.2023 13:45 412 baxış
IMG

Azərbaycan Dillər Universitetində Beynəlxalq jurnalistika şöbəsinin təşkilatçılığı və Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Günel Qəribovanın təşəbbüsü ilə “Ulu Öndər jurnalistlərin dostu idi” adlı tədbir keçirilib.

ADU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə qonaq qismində əməkdar jurnalist, tanınmış televiziya işçisi Sakit Ocaqlı iştirak edib.

Tədbiri giriş sözü ilə b/m.Nərgiz Çərkəzqızı açaraq qonağa ADU tələbələri ilə görüşü qəbul etdiyi üçün təşəkkürünü bildirib və  auditoriyaya təqdim edib.

Sonra 10 il Ulu Öndər ilə çalışan Sakit Ocaqlı Heydər Əliyevlə bağlı hazırladığı materiallardan, çəkilişlərindən qalan xatirələrindən danışıb,  öz təcrübələrini tələbələrlə bölüşüb, tövsiyələrini verib.

Eyni zamanda dahi liderin mətbuatımızın inkişafı üçün həyata keçirdiyi islahatların önəmini vurğulayıb, jurnalistlərə qarşı göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib.

Sonda qonaq tələbələrin televiziya jurnalistikası ilə, eləcə də mətbuatın müxtəlif problemləri ilə bağlı suallarını cavablandırıb.

Xəbər lenti