Mayın 3-də 4-5 may 2023-cü il tarixlərində Bakı Slavyan Universitetində (BSU) keçiriləcək Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə)” adlı beynəlxalq elmi konfransın iştirakçıları, o cümlədən xarici qonaqlar Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini anmaq üçün Fəxri xiyabanı ziyarət ediblər.
BSU-dan "Tehsil.biz"ə bildirilib ki, konfrans iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.



