Sosial şəbəkələrdə və xəbər saytlarında İsmayıllı rayon Kürdmaşı kənd tam orta məktəbinin IX sinif şagirdi Rüstəmova Yeganə Məhəmməd qızının 2 may 2023-cü il tarixdə məktəbdə tənəffüs zamanı dəhlizin 2-ci mərtəbəsinin pəncərəsindən yıxılaraq xəsarət alması xəbərləri yayılıb.
Tehsil.biz xəbər verir ki, bu barədə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, hal-hazırda hadisənin başvermə səbəbləri rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırılır:
"Araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək.
Şagirdin müalicəsi hal-hazırda Bakı şəhərində yerləşən xəstəxanaların birində davam etdirilir, vəziyyəti normaldır, həyati təhlükəsi yoxdur.
Şagirdimizi bu gün Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, Kürdmaşı kənd tam orta məktəbinin direktoru, məktəbin İlk Həmkarlar Təşkilatının sədri, şagirdin sinif rəhbəri və bir neçə müəllimi xəstəxanada ziyarət ediblər. Şagirdimizə Allahdan şəfa diləyərək, tezliklə təhsil aldığı məktəbə qayıtmasını arzulayırıq", - deyə idarənin məlumatında qeyd olunub.
Kənan Nağıbəyli
Həmçinin oxuyun: 15 yaşlı qız məktəbin 2-ci mərtəbəsindən yıxılıb