Logo

BSU-da "Ali təhsildə yeni istiqamətlər: innovasiya və davamlı inkişaf" mövzusunda açıq seminar keçirilib - FOTO

03.05.2023 14:10 489 baxış
IMG

Mayın 3-də “Heydər Əliyev İli” çərçivəsində Bakı Slavyan Universitetində (BSU) 4-5 may tarixlərində keçiriləcək Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə)" beynəlxalq elmi konfrans çərçivəsində "Ali təhsildə yeni istiqamətlər: innovasiya və davamlı inkişaf" mövzusunda açıq seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, Türkiyənin "Yükseköğretim kurulu" sədrinin müşaviri Haşim Koç, eyni zamanda, Şimali Makedoniyanın Müqəddəs Kiril və Mefodi Universitetinin dosenti Osman Emin məruzə və təqdimatlarla çıxış ediblər. Çıxışlarda Türkiyə  və Şimali Makedoniya  ali təhsilində tətbiq olunan innovativ yeniliklərdən ətraflı şəkildə bəhs olunub. 

Ölkələrarası ali təhsil müəssisələrinin əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.

Xəbər lenti