Logo

BDU-nun Psixoloji yardım sektoru tələbələr üçün növbəti təlim keçirib

03.05.2023 13:23 391 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru Sosial elmlər və psixologiya fakültəsinin tələbələri üçün “Psixoterapiya prosesi ümumi texnikarlarla” adlı təlim keçirib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirolib.

Təlimin ilk mərhələsində konsultasiya prosesinin strukturu izah edilib. Tələbələr təfəkkür çevikliyini inkişaf etdirən texnika ilə tanış olublar.

Təlimin ikinci mərhələsində ümumi texnikaların konsultasiya prosesinə tətbiqi öyrənilib. Aktiv dinləmə, perefraz, interpretasiya, konfrontasiya, hisslərin əks olunması, informasiyanın ötürülməsi kimi texnikalar nümunələr əsasında nəzərdən keçirilib. Hər bir texnikanın prosesə tətbiqi zamanı diqqət ediləcək məqamlar qeyd edilib.

Təlimin üçüncü mərhələsində isə konsultativ görüşün tamamlanması izah olunub.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti