Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, şəhid Yasin Məmmədovun doğum günüdür
Tehsil.biz xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Yasin Məmmədov 1998-ci il mayın 3-də Gədəbəy rayonunun Ağamalı kəndində anadan olub. Yasin Məmmədov 2019-cu ildə AzTU-nun Nəqliyyat və logistika fakültəsini bitirib.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə iştirak edən Yasin Məmmədov oktyabrın 27-də Füzuli uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Yasin Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.