Logo

"Valideynlər sinifdə kamera olmasını tələb edəndə bunun əleyhinə olmuşam"

03.05.2023 10:34 219 baxış
IMG

"Hər dəfə bəzi valideynlər sinifdə kamera olmasını tələb edəndə bunun əleyhinə olmuşam. Çünki daxilən düşünürəm ki, insanlar ya kameralara işləyir, ya da kameraların təsiri ilə işləyə bilmir. Amma son tükürpərdici hadisəyə baxdıqca adam telefonu belə boğmaq istəyir. Demək ki, vacibdir!"

Tehsil.biz xəbər verir ki, bu fikirləri Filologiya elmləri üzrə fəlsəfə doktoru Şəmil Sadiq bildirib.

Onun sözlərinə görə, bu gün minlərlə məkanda qeydiyyatsız, sənədsiz, icazəsiz çalışan idmançı var:

"Təəssüflə qeyd edək ki, bu cür fırıldaq, psixlər nəinki cismani, mənəvi cəhətdən də gəncliyi məhv edir. 90-cı illərdə açılan mədrəsələr, Quran dərslərinin nəticəsi olaraq indi bizə irançı dindar, işidçi sələfi, vəhabi, bəxş edib. İdman sektorunda da kortəbii və ya robot kimi fanatik dinçilər həddindən artıq çoxdur".

Ş.Sadiq bildirib ki, ortada olan o video varkən heç bir məhkəməyə, istintaqa ehtiyac yoxdur, elə ömürlük həbs edilməlidir:

"Təəssüflər olsun ki, insan bu cür alçaqlıqdan sığortalanmır. Bəlkə də bu bizim bildiyimizin mində biridir. Bu hadisə nə qədər vicdansız hadisə olsa da, bu, heç bir halda bizim milli xarakterimiz deyil, olmaz da. Düzdür, bəzilərinin ilk ağlına gələn günahkar dövlət olur, amma birinci günahkar elə tərbiyəsizi yetişdirən ailəsi və mühitidir, sözsüz ki, bu cür aqressiv olan birinə məşq icazəsi və lisenziyası verən məmur və ya qurumun da günahı az deyil və cəzalandırılacaq şəxslərdəndir".

Kənan Nağıbəyli

Həmçinin oxuyun: Yeddi yaşlı uşağın ölümündə təqsirləndirilən müəllim məktəbə necə cəlb olunub?

Xəbər lenti