"Mövcud universitetləri dünya səviyyəli universitetlərə transformasiya etmək məqsədi ilə islahatlara institusional dəyişikliklərdən başlamaq məqsədəuyğun hesab edilir".
Tehsil.biz xəbər verir ki, bunu UNEC-in rektoru, professor Ədalət Muradov bildirib.
Rektor qeyd edib ki, bu zaman fərqli universitetlərdə unifikasiya edilmiş institutların olduqca zərərli olmaları nəzərə alınmalıdır.
"Unifikasiya edilmiş institutlar fərqli universitetlərin dəyərli bacarıq və identikliyinin reallaşmasına imkan vermir", - deyə Ə.Muradov əlavə edib.
Kənan Nağıbəyli