Logo

Məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin ilkin mərhələsi keçirilib

01.05.2023 10:06 593 baxış
IMG

Aprelin 30-da respublikanın bütün şəhər və rayonlarında Lütfi Zadə adına məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin ilkin mərhələsi keçirilib.

Bu barədə "Tehsil.biz"ə Təhsil İnstitutundan məlumat verilib.

Şagirdlər 8 may 2023 -cü il tarixindən etibarən https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən nəticələrini əldə edə bilərlər.

Qeyd edək ki, Lütfi Zadə adına məntiq olimpiadası ümumtəhsil müəssisələrinin V sinif şagirdləri, Məktəblilərarası fənn müsabiqələri isə VI, VII sinif şagirdləri üçün təşkil olunur.

Xəbər lenti