Logo

Təhsil müəssisələri və İsrailin Oriqametria təşkilatının nümayəndələri arasında görüş olub

30.04.2023 11:42 590 baxış
IMG

Təhsil İnstitutunun təşkilatçılığı ilə təhsil müəssisələri və İsrailin Oriqametria təşkilatının nümayəndələri arasında onlayn görüş keçirilib.

ARTİ-dən "Tehsil.biz"ə bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd məktəbəqədər və ibtidai təhsildə riyaziyyatın effektiv öyrənilməsi və həndəsi düşüncə tərzinin formalaşdırılması üçün oriqamidən istifadə təcrübəsini bölüşmək olub.

Görüşdə məktəbəqədər təhsil müəssisələrinin direktorları, tərbiyəçi-müəllimlər və ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri iştirak edib. Görüş zamanı iştirakçılardan mövzu ilə əlaqədar rəylər alınıb, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti