Logo

Məktəblilər beynəlxalq olimpiadaya hazırlaşırlar

29.04.2023 22:01 698 baxış
IMG

Artıq bir neçə ildir ki, Azərbaycan məktəbliləri Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında ölkəmizi uğurla təmsil edirlər. Aprelin 30-dan mayın 7-dək Qazaxıstanın Astana şəhərində keçirilməsi nəzərdə tutulan Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında ölkəmizi 5 şagird təmsil edəcək.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, bilik yarışına hazırlıqla əlaqədar beynəlxalq olimpiada mərkəzində şagirdlərə il ərzində nəzəri dərslər keçirilib. Bundan əlavə, praktiki biliklərin daha dərindən mənimsənilməsi üçün UFAZ-da laboratoriya dərsləri təşkil olunub.

Qeyd edək ki, şagirdlərimizin beynəlxalq olimpiadalara hazırlıq prosesi Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

Xəbər lenti