Logo

Müəllimlərin sertifikatlaşdırılması prosesinə dair görüşlər davam edir - FOTO

29.04.2023 11:44 630 baxış
IMG

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində çalışan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair məlumatlandırıcı görüş keçirilib.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, görüş zamanı sertifikatlaşdırılmanın mərhələləri, məzmunu haqqında müəllimlərə ətraflı məlumat verilib. Həmçinin sertifikatlaşdırılmanın nəticələrinin təhsilverənlərin karyera inkişafında, əməyin stimullaşdırılması və əməkhaqqının diferensiallaşdırılması tədbirlərində nəzərə alınacağı bildirilib.

Tədbirin sonunda müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti