Logo

AzTU-da “Açıq qapı” günü keçirilib

28.04.2023 19:35 446 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində Bakı Texniki Kollecinin tələbələri üçün universitetdə “Açıq qapı” günü keçirilib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, “Açıq qapı” günündə tələbələr AzTU-nun laboratoriyaları ilə tanış olub, həmçinin müxtəlif fakültə və kafedraların rəhbər heyəti ilə görüşüblər.

Tələbələrə AzTU-da görülən işlər, həyata keçirilən yeni layihələr, tədris prosesi, beynəlxalq əlaqələr, universitet-sənaye işbirliyi barədə ətraflı məlumat verilib.

Xəbər lenti