Logo

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Kimya gecəsi” keçirilib - FOTO

28.04.2023 17:35 326 baxış
IMG

Bakı Dövlət Universitetinin  (BDU) Kimya fakultəsinin Kimyanın tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Kimya gecəsi” keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Liseyin direktoru Arif Bağırov milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevin bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edildiyini vurğulayıb, belə tədbirlərin gənc nəslin təlim-tərbiyəsində böyük rolu olduğunu deyib.

Kimya fakultəsinin dekan müavini Taleh Qəhrəmanov isə çıxışında bildirib ki, Azərbaycanın son yarım əsrlik tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Yüksək erudisiyaya, dərin zəkaya, müdrik uzaqgörənliyə və zəngin təcrübəyə malik olan Heydər Əliyev dühası bütövlükdə Azərbaycan iqtisadiyyatının, o cümlədən, kimya sənayesinin inkişafında olduqca böyük rol oynayıb.

Kimyanın tədrisi metodikası kafedrasının müdiri Xəlil Nağıyev kimya elminin incəlikləri, əhəmiyyəti barədə şagirdləri məlumatlandırıb.

Kimya kafedrasının metodisti  Arzu Paşayeva və Cəmilə Əşrəfovanın təşkilatçılığı ilə universitet tələbələri və lisey şagirdlərinin birgə hazırladığı səhnəciklər və kimyəvi reaksiyalar izləyicilər tərəfindən maraqla qarşılanıb. Sonra liseyin musiqi müəllimi Kəmalə Əliyevanın rəhbərliyi ilə şagirdlərin ifasında kimya haqqında kompozisiya təqdim olunub.

Xəbər lenti