Logo

İlk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti azaldılır

28.04.2023 10:21 573 baxış
IMG

"Məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddətinin 5 ildən 3 ilə endirilməsi nəzərdə tutulur".

Tehsil.biz xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri bildirib ki, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik layihəsi təklif edilib.

Xatırladaq ki, hazırda ilk dəfə işə qəbul olunan müəllimlər 5 il müddətində sertifikatlaşdırmadan keçmirlər.

Xəbər lenti