Logo

III Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək

26.04.2023 19:02 537 baxış
IMG

Mayın 7-də ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş III Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək.

Tehsil.biz xəbər verir ki, olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya daha geniş yer verilməsinin təşviq edilməsi, həmçinin qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır.

Olimpiadanın təşkilatçıları Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və  Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili İdarəsidir. Qaliblər medal və hədiyyələrlə mükafatlandırılacaq və bu il 10-20 avqust tarixlərində Polşada keçiriləcək XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar.

III Məktəblilərarası Astronomiya Olimpiadası və XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun dəstəyi ilə həyata keçirilir.         

Olimpiadada iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://forms.gle/uxc8S2HkCYcumWie9

Qeydiyyat mayın 3-ü saat 23:59-a qədər davam edəcək.

Olimpiada 07 may 2023-cü ildə saat 11:00-da Bakı Dövlər Universitetində keçiriləcəkdir.

Xəbər lenti