Bu gün Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçiriblər.
Tehsil.biz xəbər verir ki, tədbirdə neft sənayesi və həmkarlar ittifaqı komitələrinin sədrləri, həmkarlar ittifaqı fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə RK sədr müavini Fətulla Mustafayev açıb. Daha sonra “Heydər Əliyev və yeni neft strategiyasını” əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə “HİH və sosial fənlər” kafedrasının müdiri professor Qənimət Səfərov da çıxış edib. Çıxışın sonunda həmkarlar ittifaqı işçiləri təəssürat mübadiləsi aparıblar.



