Logo

BAAU-da “Heydər Əliyev ili” çərçivəsində növbəti məruzə dinlənilib - FOTO

26.04.2023 11:17 558 baxış
IMG

Bakı Avrasiya Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Rasim Heydərovun "Azərbaycanda dil siyasəti” adlı mövzusunda məruzəsi dinlənilib.

Bu barədə "Tehsil.biz"ə BAAU-dan məlumat verilib.

XIX-XXI əsrlərdə Azərbaycanda aparılan dil siyasətinin əsas istiqamətləri haqqında məlumat verən natiq bildirib ki, Çar Rusiyası dövründən başlayan ruslaşdırma siyasəti Sovet dövründə də davam etdirilmişdir. 1918 – 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanda milli dil siyasəti istiqamətində aparılmış işlər Sovet hakimiyyəti qurulandan sonra qismən davam etdirilsə də 30-cu illərin represiyaları vəziyyəti yenidən dəyişmişdir. Lakin, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan dilinə qayğı dövlət səviyyəsinə qalxmışdır və bu istiqamətdə ciddi addımlar atılıb.

Məruzəçi, Azərbaycan Respublikasının müstəqilliyinin bərpası və Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonrakı illərdə də bu sahədə görülən işlərin  ən yüksək səviyəyyə qaldırılmasından danışıb.

O qeyd edib ki, dil siyasəti və dil quruculuğu məsələləri Ulu
öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevin də daim diqqətində olub.

Məruzənin sonunda Rasim Heydərov tələbələrin suallarını cavablandırıb.

Xəbər lenti