Logo

Gəncə Tibb Kollecində Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş konfrans keçirilib - FOTO

26.04.2023 10:49 364 baxış
IMG

Səhiyyə Nazirliyinin tabeliyində olan Gəncə Tibb Kollecində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş konfrans keçirilib. 

Tehsil.biz xəbər verir ki, konfransdan öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin heykəli önünə gül qoydular, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. 

İlk olaraq Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra görkəmli alim Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub. 

Tədbirdə çıxış edən kollecin direktoru Mehman Rzayev, YAP Gəncə şəhər təşkilatının sədr müavini Nürəddin İbrahimov və digərlərləri qeyd ediblər ki, akademik Zərifə Əliyeva özünün çoxillik fəaliyyəti dövründə neçə-neçə gözə şəfa bəxş edib, ən ağır, mürəkkəb əməliyyatlar aparıb, görmə qabiliyyəti zəif olanların, yaxud tamamilə görməyənlərin qaranlıq dünyasını işıqlandırıb. Həmçinin, Zərifə Əliyeva ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı kimi həmişə ona arxa-dayaq olub, eyni zamanda gözəl, xalqımıza layiqli övladlar yetişdirib. 

Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

Xəbər lenti