Logo

Mingəçevirdə məktəbdə qumar oynayan şagirdlərin valideynləri cərimələnib

25.04.2023 23:34 520 baxış
IMG

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Mingəçevir şəhərində yerləşən məktəbdə şagirdlərin qumar oyunları oynaması ilə bağlı məlumatlara münasibət bildirib.

"Tehsil.biz"in məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov APA-ya bildirib ki, Mingəçevir şəhərində yerləşən məktəbdə şagirdlərin qumar oyunları oynamaları iddiaları ilə bağlı yayılan görüntülər əsasında şəhər polis şöbəsində araşdırma aparılıb.

Videoda görüntülənən məktəblilərin XI sinif şagirdləri olduqları və dərsdən sonra sinif otağında pulla kart oyunları oynadıqları məlum olub. Valideynlərinin iştirakı ilə onlarla müvafiq izahat işləri və profilaktiki söhbətlər aparılıb. Onların valideynləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin 189-cu (Uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsi ilə protokol tərtib olunub.

Xəbər lenti