Logo

Rektor “CanSat Azərbaycan” müsabiqəsinin finalına yüksələn komandalarla görüşüb - FOTO

25.04.2023 21:15 553 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “CanSat Azərbaycan” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanan komandaların üzvləri və elmi rəhbərləri ilə görüşüb.

BANM-dən "Tehsil.biz"ə verilən məlumata görə, rektor tələbələri və elmi rəhbərlərini təbrik edərək onlara finalda uğurlar arzulayıb. Elmar Qasımov bildirib ki, BANM-in 4 komandasının müsabiqənin final mərhələsinə yüksəlməsi və Ali Məktəbin Azərbaycan ali təhsil müəssisələri arasında ən çox komanda ilə təmsil olunması çox qürurverici haldır. Rektor komandaların final mərhələsində də uğurla iştirak edərək yüksək nəticələr göstərəcəyinə əminliyini ifadə edib.

"CanSat Azərbaycan” müsabiqəsinin #finalında müxtəlif universitetlərdən ümumilikdə 15 komanda iştirak edəcək, onların 4-ü BANM-in komandasıdır. Finalda BANM-in “İntersteller Voyagers”, “Airbenders”, “DaVinçi” və “Challenger 2.0” komandaları mübarizə aparacaqlar.

Xəbər lenti