Logo

ADPU ilə Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi arasında memorandum imzalanıb

25.04.2023 17:41 498 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Bu barədə "Tehsil.biz"ə ADPU-dan məlumat verilib.

İmzalanma mərasimində universitetin rektoru professor Cəfər Cəfərov bildirib ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi regional milli özəl təhsil sisteminin uğurlu nümunəsidir. ADPU ilə lisey kompleksi arasında pedaqoji internatura və digər mexanizmlər əsasında tələbələrin təcrübələrinin təşkili, mədəni-kütləvi və digər sahələrdə geniş əməkdaşlıq imkanları var.

Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin icraçı direktoru Aqşin Bağırov bildirib ki, müəssisədə milli və beynəlxalq proqram üzrə Azərbaycan və ingilis bölmələri üzrə yüksəkkeyfiyyətli təhsil xidmətləri göstərilir. Vurğulanıb ki, vaxtilə məktəbin şagirdləri olmuş 4 nəfər ADPU məzunu məktəbə qayıdaraq pedaqoji fəaliyyətlə məşğuldur.

Xəbər lenti